Skip to content

TWI Azərbaycan 2022-ci il kurs cədvəlini yükləyin      Yüklə

TWI Qazaxıstan 2022-ci il kurs cədvəlini yükləyin       Yüklə

Ənənəvi CSWIP Qaynaq İnspektoru kurslarımızda iştirak etmək imkanı olmayan tələbələr onlayn canlı kurslarımızda iştirak edərək qaynaq inspeksiyası sahəsində biliklərini təkmilləşdirə bilərlər. Bu kurslarda iştirak etmək üçün sizə lazım olan tək şey sabit və sürətli internet bağlantısıdır.

CSWIP Vizual Qaynaq İnspektoru - Onlayn Canlı Kurs

Bu kursda kimlər iştirak edə bilər?

CSWIP Vizual Qaynaq İnspektoru kursu qaynaqlı birləşmələrin vizual inspeksiyasını həyata keçirən qaynaqçılar, xətt inspektorları, operatorlar və ustalar üçün nəzərdə tutulmuşdur.

Bu kurs qaynağın keyfiyyətinə nəzarət edən işçilər üçün də uyğundur.

Kurs haqda ətraflı məlumat üçün bura daxil olun 

 

Kursun məqsədləri nələrdir?

  • Müxtəlif qaynaq çatışmazlıqlarını (qüsurlarını) müəyyən etmək
  • Vizual inspeksiya ilə bağlı müvafiq qaynaq texnologiyalarını anlamaq
  • Qaynaq işində sənədlərə ehtiyacı anlamaq
  • Yoxlama tələbləri ilə bağlı kodlar və standartlardan xəbərdar olmaq
  • Əsas materialların və istehlak materiallarının yoxlanılmasını həyata keçirmək
  • Qaynaqların vizual inspeksiyasını həyata keçirmək, onlar haqqında hesabat vermək və müəyyən edilmiş qəbul meyarlarına uyğunluğunu qiymətləndirmək 

Qeydiyyat üçün bizimlə əlaqə saxlayın

 

 

CSWIP Qaynaq İnspektoru - Onlayn Canlı Kurs

Bu kursda kimlər iştirak edə bilər?

CSWIP Qaynaq İnspektoru kursu nəzarətçilər və inspeksiya mühəndisləri üçün nəzərdə tutulmuşdur. Qaynaq sahəsində az və ya heç təcrübəsi olmayan işçilər bu kursa hazırlaşmaq üçün bu kursun giriş səviyyəsi olan CSWIP Vizual Qaynaq İnspektoru kursuna yazıla bilərlər.

Kurs haqda ətraflı məlumat üçün bura daxil olun

 

Kursun məqsədləri nələrdir?

  • Poladlarda ərimə ilə olan qaynaqların keyfiyyətinə təsir edən amilləri anlamaq
  • Keyfiyyətə nəzarətlə bağlı tez-tez istifadə olunan qaynaq proseslərinin xüsusiyyətlərini tanımaq
  • Spesifikasiyaların yerinə yetirilməsini təmin etmək üçün çertyoj təlimatlarını və simvollarını şərh etmək
  • Qaynaqların, makroseksiyaların və digər mexaniki sınaqların yoxlanılması barədə məlumat vermək və hesabat vermək
  • Qaynaq tikişlərini qəbul səviyyələrinə qədər qiymətləndirmək və hesabat vermək
  • Daxil olan materialın müəyyən edilmiş tələblərə cavab verdiyini təsdiqləmək və spesifikasiyadan kənar qaynaq keyfiyyətinə təsirləri tanımaq  

Qeydiyyat üçün bizimlə əlaqə saxlayın

 

CSWIP Baş Qaynaq İnspektoru - Onlayn Canlı Kurs

Bu kursda kimlər iştirak edə bilər?

CSWIP Baş Qaynaq İnspektoru kursu Qaynaq İnspektoru kursunun yüksək səviyyəsidir. Bu kurs təcrübəli qaynaq inspektorları və qaynaq keyfiyyətinə nəzarət işçiləri üçün nəzərdə tutulmuşdur.

Bu imtahanı vermək üçün etibarlı CSWIP Qaynaq İnspektoru sertifikatı tələb olunur.

Kurs haqda ətraflı məlumat üçün bura daxil olun 

 

Kursun məqsədləri nələrdir?

Bu kurs sizə qaynaq prosedurları, oxşar olmayan qaynaq, Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət, dağıdıcı sınaq, termiki emal, qalıq gərginliyi və deformasiya haqqında məlumat verəcəkdir.

Kurs proqramı həmçinin qaynaq qırılmalarını, qaynaq tikişlərinin təmirini, qaynaq qabiliyyətini, qaynaq materiallarını və qaynaq işarələrini əhatə edəcəkdir. Bundan əlavə, Baş Qaynaq İnspektoru kursu birləşmə dizaynı, HSLA və söndürülmüş temperlənmiş poladlar, qeyri-dağıdıcı sınaq, spesifikasiyalar, qövs enerjisi və istilik veriminə baxacaq.

 

         
Qeydiyyat üçün bizimlə əlaqə saxlayın

Salman's experience with CSWIP 3.2 Online Live class

Ətraflı məlumat üçün bizə yazın:


enquiry@twi-cs.com