Skip to content

TWI yüksək ixtisaslı texniki personal tərəfindən geniş çeşiddə texniki xidmətlər təqdim edir. Bu xidmətlər müxtəlif sahələri əhatə etməklə qlobal miqyasda təqdim olunur. TWI-nin Qlobal Texniki Xidmətlər komandası bu sahədə yüksək səviyyəli mühəndislik xidmətləri, konsaltinq və texniki dəstək xidmətləri təklif edir.

 

TWI dizayn, materiallar və birləşmə texnologiyalarında nüfuzlu və qərəzsiz ekspert məsləhəti, nou-hau və təhlükəsizlik təminatı təqdim edərək, sənaye üzvlərimizə ən yaxşı məhsulların dizaynını, inşasını və istismarını təmin edir. Biz milli tənzimləyicilər, çoxmillətli neft və qaz operatorları, milli neft şirkətləri, podratçılar, neft və qaz avadanlıqları, istehsalat və mühəndislik sistemləri istehsalçıları ilə sıx əməkdaşlıq edirik və onları obyektin bütövlüyünü qorumaq, proses sızması itkisini azaltmaq və istehsal aktivlərinin etibarlılığının və xidmət müddətinin artımı ilə təmin edirk.

 

Mütəxəssislərimiz 50 ildən artıqdır ki, birləşmə və qaynaq, bütün xidmət müddəti ərzində bütövlüyün idarə edilməsi, qırılma mexanikası və prosesin təhlükəsizliyi sahələrində araşdırmalar aparır və sənaye təcrübəsindən istifadə edərək yüksək keyfiyyətli xidmətlər göstərirlər. Texniki Komandamızın köməyi ilə biz daim neft-qaz, enerji və texnologiya sektorlarında müştərilərimiz üçün daha yaxşı həllər təqdim etməyə çalışırıq.

TWI Caspian Sea tərəfindən göstərilən əsas xidmətlər bunlardır:

Müştərilərimizə əsasən beynəlxalq şirkətlər daxildir. Biz qlobal bazarda əsas neft və qaz operatorlarına xidmətlər təqdim edirik.

 

Ətraflı məlumat üçün bizə yazın:


enquiry@twi-cs.com